Müxtəlif istiqamətli layihələrimizin keçirilmə məqsədi əmanətlərimizə sosial adaptasiya qazandırmaq, diqqət və qayğı göstərərək həyatı sevdirmək, özünə inamı yüksəltmək, və öz xoşbəxtliyini yaxşılıq etməkdə görənləri bir araya toplamaqdır.
"Cığır" MDİD İB nəzdində fəaliyyət göstərən, əmanətlərimiz üçün tam ödənişsiz, könüllü müəllimlərdən ibarət "Salam yurdu" təlim-tədris mərkəzi.
"Cığır" MDİD İB nəzdində fəaliyyət göstərən, istirahət zamanınızda kitab oxuyarkən həm də ləziz təamlar dadaraq sədəqə verə biləcəyiniz, gəliri əmanətlərimiz üçün xərclənən "Şirin qiraət" bookcafe.
"Cığır" MDİD İB nəzdində fəaliyyət göstərən, satışdan əldə olunan gəliri heç bir maddi qazanc güdmədən əmanətlərimizin ehtiyacları üçün xərclənən "Mülk" xeyriyyə alış-veriş mərkəzi.
Xeyirsevərini gözləyən hər layihə qəlblərə yeni bir cığırdır.
Müxtəlif rayonlarda yaşayan əmanətlərimizlə Azərbaycanın tarixi və ya görməli yerlərinə qrup halında bir günlük səyahət.
Əmanətlərimizə təmizlik və sağlamlıqla bağlı məlumatlar verən tədbir təşkil olunması və gigiyena təmini və təmizlik üçün ləvazimatlar hədiyyə olunması.