“Kitab ətri”

"Kitab ətri"

Bugünün həqiqi universitetləri kitabxanalardır.

Layihənin həyata keçirilmə səbəbi və məqsədi:

Texnologiyanın inkişafı çox təəssüf ki, insanların kitabxanalardan uzaqlaşmasına, kitabxanaların boş qalmasına gətirib çıxarıb. Uşaqlar da böyüklərdə kitabxanaya və kitablara həvəs görmədiyi üçün kitabxanalara getmirlər. Dünyagörüşünü artıracaq informasiyaları texniki vasitələrdən asanlıqla əldə etmək mümkün olsa da, kitabın verdiyi bədii zövq, etik, estetik təfəkkür; bir sözlə kitabdan alınan enerji əvəzedilməzdir. Bu layihə ilə uşaqlarda kitabxana mühitinə, kitabın ətrinə, kitabxanananın spesifik abu havasına sevgi yaradacağımıza, uşaqları kitabxanaya, kitaba bağlaya bilməklə boş zamanlarını daha səmərəli keçirmələrinə, pis vərdişlərdən, ziyanlı oyunlardan uzaqlaşdıra biləcəyimizə inanırıq. 

 

“Doğrunu göstərmədən yalnışdan ayırmaq mümkün deyil.”

Layihənin gedişatı:

Uşaqlar bölgələrinə görə kitabxanalara aparılır, müəyyənləşdirilmiş müddət ərzində kitabxanadan kitablar götürüb oxuyur və oxuduqları kitabdan qısa qeydlər götürür, bir neçə dəyirmi masa keçirilir, kitabları müzakirə edib, kitab haqqında esse yazırlar. Layihənin sonunda uşaqlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılır. 2020-ci ildə Covid-19 pandemiyası səbəbi ilə layihə “Zoom” tətbiqi vasitəsilə onlayn keçirilmişdir və qaliblərə “LC Waikiki” mağazasından seçdikləri geyimlər hədiyyə olunmuşdur.

 

Sosial mediada bizi izləyə bilərsiniz.