“Bağbanın bağçası”

Bağbanın Bağçası

“Hər qəlbdə şəfqət.”

Layihənin həyata keçirilmə səbəbi və məqsədi:

        Cəmiyyətimizdə pozitiv dəyişiklik etməyə yönəlmiş sosial sahibkarlıq layihələrimizdən biri də “Bağbanın bağçası” gülçülük layihəsidir.  Digər layihələrdə olduğu kimi “Bağbanın bağçası”nda da gül satışından əldə olunan gəlir layihələrin maaliyyələşməsinə sərf olunur. Bundan əlavə, layihənin gələcəkdə istər əmanət tələbələrə, istər öz ayaqları üstündə durmağı hədəfləyən gənclərə iş imkanları yaratmağı hədəfləyir. Layihədə işləyən gənclər əmək haqqı ilə təmin olunacaq və iqtisadi güc qazanacaq. 

        Bir bitkinin qayğısına qalmaq bizdən məsuliyyət və şəfqət tələb edir. Buna görə də, layihə “hər qəlbdə şəfqət” şüarını əsas tutur və insanlara bu dəyərləri aşılayır. Buna əlavə olaraq, təbiət istər elmimizi, istər ruhumuzu zənginləşdirmək üçün üz tutacağımız ilk məkandır. Təbiətlə iç-içə yaşayan insanların mənən sağlam və hüzurlu, müdrik olduğunu müşahidə edirik. Xüsusən, rayonlardan Bakıya təhsil üçün gələn könüllü gənclərimiz və əmanətlərimizi torpaqla birbaş təmas qurmağa, təbiətlə iç-içə yaşamağın önəmini anlamağa təşviq edirik. Buna görə də, satışa çıxardığımız hər bitkini onlarla birlikdə əkir, qulluq edir və öyrənirik. 

“Hər qəlbdə şəfqət…”

Layihənin gedişatı:

“Bağbanın bağçası” sosial sahibkarlıq  çərçivəsində dekorativ ev bitkiləri və güllərin, buketlərin satışı həyata keçirilir.  becərilməsi, qulluğu və satışı, buket satışı ilə məşğul olur.

“Bağbanın bağçası”da xidmətlər:

•Gül buketleri və səbətlərinin hazırlanması;

•Toy maşınlarının, xəstəxana çıxışı maşınların bəzədilməsi;

•Ofislər, müəssisə və idarələrdə bitkilərin texniki qulluğu;

•Mağaza açılışları;

•Saxsı dibçəklərin boyanması;

•Ustad dərsləri;

•Özəl günlər, bayramlar və digər tədbirlər üçün hədiyyələrin hazırlanması;

    Əvvəlcə, bir sıra böyük gülçülük mərkəzləri ilə əlaqə saxlayıb layihəmiz və məqsədimiz haqqında ətraflı məlumat verir və xüsusi endirimlə dekorativ güllər alırıq. Tələbə əmanətlər, gənclər və xanımlardan ibarət könüllü komanda güllərə qulluq edir və qablaşdırır. Media komandası güllərin real fotolarını və haqlarında ətraflı məlumatı sosial şəbəkə hesabına yerləşdirirlər. Müəyyən tarixlərdə könüllülər küçə satışına çıxaraq güllərin satışını həyata keçirir.

Ünvan: Bakı ş., Yasamal r., Müzəffər Həsənov küç., 35. (20 Yanvar m/s-nın yaxınlığı)

İnstagram: @bagbaninbagcasi

Əlaqə: +994 50 708 90 31

İş saatları: 08:00 – 22:00

 

Sosial mediada bizi izləyə bilərsiniz.