Kitab bağı

"Kitab bağı"

Yaxşılıq etmək hələ bu qədər dadlı olmamışdı…

Layihənin həyata keçirilmə səbəbi və məqsədi:

       “Kitab bağı” layihəmiz sosial sahibkarlıq müəssisəsi kimi  fəaliyyət göstərir. Pandemiyadan öncə gənclər, tələbə və “Salam yurdu” TTM-nin şagirdlərinə xidmət göstərərək “Şirin qiraət” adı ilə fəaliyyət göstərirdi. Layihənin məqsədi gənclərə, kitabsevərlərə gözəl ünsiyyət, xoş aura olacaq məkan formalaşdırmaqla yanaşı öz xərclərini və “Salam yurdu” TTM-nin xərclərini ödəmək üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdır. “Kitab bağı”nda çalışan gənclər kommunikasiya vərdişləri əldə etməklə bərabər, yeni dostlar qazanmağa , zamanlarını yeni təcrübələrlə dəyərləndirməyə müvəffəq olurlar. Sahibkarlıq fəaliyyətindən əldə olunan mənfəətlə “Salam yurdu” TTM-nin xərclərinə dəstək olunur.

Kitab bağında bir udum çayla düşüncələrini dəmləndir…

Layihənin gedişatı:

         Kitab insanın öz dünyası və ətraf dünyası ilə ünsiyyət qurmaq üçün ən gözəl bağdır. Yamyaşıl və kitablarla dolu bir məkanda dostlarla bərabər kitab oxumaq, müzakirə etmək, oxuduqlarımızı ətirli çaylarla duyğu və düşüncələrdə dəmləndirmək və ətrafımızın da bitkilərlə zəngin bir təmasda zaman dəyərləndirmək insanın ehtiyacıdır. “Kitab bağı” kitab kafesində məhz bu ortamı yaratmağa çalışmışıq. Kitab oxumaq, bərabər qiraət etmək mədəniyyətini formalaşdırmaqla cəmiyyətdə sosial töhfə olmağa niyyətliyik. Beləliklə, oxu mədəniyyətinə təşviq, cəmiyyətdə kitaba, bədii qiraətə sevgi yaratmaq sosial məsuliyyətimizdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq sosial dəyərlərimizə sahib çıxmağı düşünürük. Layihənin icra prosesində isə gənclərin də  sosial missiyaya xidmət edərək zamanlarını dəyərləndirmək fürsəti yaranıb. Belə ki, təhsil saatına uyğun olaraq tələbə gənclər növbəli iş saatı qrafikinə müvafiq kafede çalışmaq fürsəti qazanır. Tələbələrə həm könüllü çalışmaq, həm ali təhsillə bərabər peşəyə yiyələnmək fürsəti də nəsib edilmişdir.

Botanik bookkafemizdə müxtəlif çaylar, şirniyyatlar, qəlyənaltılar dada bilərsiniz və ya özəl günləriniz üçün şirniyyat sifariş edə bilərsiniz. Bundan əlavə biznesiniz üçün kofe breyk təşkili və şirniyyatlar üçün komandamızla xidmətinizdəyik.

Ünvan: Bakı ş., Yasamal r., Müzəffər Həsənov küç., 35. (20 Yanvar m/s-nın yaxınlığı)

İnstagram: @kitabbagi

Əlaqə: +994 99 310 61 22

İş saatları: 09:00 – 22:00

 

Sosial mediada bizi izləyə bilərsiniz.