Fəaliyyət istiqaməti

Fəaliyyət istiqaməti

"Yetimlərin qəlbi mərhəmət çağırışçısıdır. "

Onların qəlbinə açılan cığırlar böyük mənzillərə ən qısa yoldur!

Fəaliyyətimiz 3 istiqamətdə cığır açmaqdadır.

Yetim əmanətlərin dünyasına ümid çırağı olmağa ünvanlanmış…

Ailələrin ədalətlə ayağa qalxmasına ünvanlanmış…

Cəmiyyətdə mənəvi dəyərlərin qorunması və inkişafı.

Sağlam cəmiyyət mənəvi dəyərlərinə sahib çıxan cəmiyyətdir.

Yetim insanlığın güzgüsüdür. Ləyaqət, şərəf, izzət ehtiyac sahibinin yanında olmaqla bərabər, başqalarını da mənəvi dəyərlərin qorunması və inkişafı istiqamətdə fəaliyyətə dəvət etməkdədir. Yardımlaşma, yardımsevərlik, xeyir işlərə təşviq etmək, paylaşmaq, altruizm sağlam cəmiyyətin mənəvi dəyərlərinin təməlidir.

Yetim mövzusu isə qəlbdəki mərhəmət toxumlarını oyandıran daxili gücdür.

Mənəvi dəyərlərin qorunmasını fəaliyyət istiqaməti götürən “Cığır” cəmiyyətdə tolerantlıq, mərhəmət zəminini gücləndirmək üçün özəlliklə yetim mövzusu üzərində səfərbər olmuşdur.

İş fəaliyyətimizdə 3 qol mövcuddur.

 Yetimlər, Ailələr, və Cəmiyyət

Bu 3 qolun fəaliyyəti üçün 3 istiqamətdə fəaliyyət göstəririk.

       1.Yetim himayə sistemi

       2.Layihə sponsorluğu

       3. Hovuz

Layihələrimiz aşağıdakı istiqamətlərdədir:

       1. Mənəviyyat

       2. Təhsil

       3. Sağlamlıq

       4. Psixoloji

Ruhun ən yaxşı məşqi qarşılıq gözləmədən bir başqasına kömək etməkdir.

Kimsənin xeyir işdə, faydalı olmaqla mənəvi dəyərlərinin işıqlanmasında kənarda qalmaması üçün “Cığır” davamlı tədbirlər keçirir və könüllülər yönləndirilir. Hər kəsin faydalı olmaq kimi tələbatı vardır. Çünki biz Yaşadığımız təbiətin ən önəmli hissəsiyik və təbiət faydalılıq prinsipi üzərində öz varlığını sürdürür.

Sosial mediada bizi izləyə bilərsiniz.