Sosial sahibkarlıq – əsas hədəfi müəyyən problemin həll olunmasına yönəlmiş insanların fədakarlığına əsaslanan sahibkarlıq növüdür. Mənəvi dəyərlərin inkişafına dəstək ictimai biriyi olaraq vizyonumuzun “mərhəmət” dəyəri olmasından çıxış edərək, sosial rifahın tərəqqisi naminə sosial sahibkarlığın inkişafında, xüsusən, gənc nəslin bu istiqamətdə yetişdirilməsində özümüzü məsul görür və inkişaf müstəvimizi genişləndirməyə cəhd göstəririk.
“Kitab bağı” sosial sahibkarlıq kafesi gənclərə, kitabsevərlərə gözəl ünsiyyət, xoş aura olacaq məkan formalaşdırmaqla yanaşı, öz xərclərini və “Salam yurdu” TTM-nin xərclərini ödəmək məqsədilə fəaliyyət göstərən sosial sahibkarlıq layihəsidir.
Sosial sahibkarlıq sosial xidmət nəticəsində, eyni zamanda sosial məsuliyyətdən qaynaqlanan problemlərin həllinə yönələn biznes fəaliyyətidir.
“Amber Soap” ətirli və efir yağlı dekorativ sabunların hazırlanması və satışını həyata keçirən gəncləri və könüllü xanımları bir araya gətirir. Dekorativ sabunlar könüllülər tərəfindən hazırlanır, müxtəlif konseptlərdə dizayn olunur, sosial şəbəkələrə yerləşdirilir və satışa çıxarılır.
Beləliklə, incəsənətin və zövqün xeyirxahlıqla qovuşduğu anlara birlikdə şahid oluruq.
Sosial sahibkar anında nəticə axtarmır,önəmli olan uzun müddətli nəticələrdir.Onlar töhfənin dayanıqlı etməy J.Gregory Dees
Layihənin məqsədi atası dünyasını dəyişmiş abituriyentlərin təhsil təqaüdünə və həssas qrup nümayəndələrindən olan tənha analara dəstək göstərməkdir.
“Sosial Bazar” istiqamətində təşkil olunan bu layihədə müxtəlif əl işlərindən ibarət sosial sahibkarlıq layihələrinin məhsulları ilə yanaşı həssas qrupdan olan dul qadınların elə sosial bazarda hazırladıqları qutabların satışı təşkil olunur.
Könüllülük prinsipi əsasında davamlı olaraq sosial problemlərin həllərinin çözümü və insanların məlumatlandırılmasında fəal rol oynaması ilə ictimai təşkilatlar sosial sahibkarlarla uyğunluq nümayiş etdirirlər.
“Rəngahəng” sosial sahibkarlıq layihəsi olmaqla, gənc əmanət və birliyin könüllülərini cəmiyyətə sosial töhfə vermək və yaradıcılıq adına bir araya gətirir. Texnologiyanın zamanımızı daha çox aldığı son illərdə insan həyatında əməyin, təbiətlə ünsiyyətin mahiyyəti unudulmuşdur.
Belə ki, rəssamlıq qabiliyyəti olan və ya bu sahədə professionallaşmış gənclərimiz şüşələr (boşqab, fincan, güldan və s.) üzərində rəngarəng vitraj boyaları ilə işləyirlər.
Sosial sahibkar olmadan öncə sosial kimliyə sahib olmaq şərtdir.
Yeganə.M.(Sosial sahibkarlıq mənəvi dəyərdir kitabından)
Cəmiyyətimizdə pozitiv dəyişiklik etməyə yönəlmiş sosial sahibkarlıq layihələrimizdən biri də “Bağbanın bağçası” gülçülük layihəsidir. “Bağbanın bağçası” layihəsi çərçivəsində könüllülər və tələbə əmanətlərimiz müxtəlif dekorativ ev bitkiləri və güllərin becərilməsi, qulluğu, sosial şəbəkə paylaşımları və satışı ilə məşğul olur. Layihə “hər qəlbdə şəfqət” şüarını əsas tutur və insanlara bu dəyərləri aşılayır.
Sosial sahibkarlar sosial inkişafa doğru yeni yollar tapır.
(J.Gregory Dees)
Sosial sahibkarlıq mağazamız olan Mülk olaraq bir ovuc qadının zəhmət və fədakarlığından doğuldu. Mağazamızdan edilən hər zərrə alış-veriş sizi xeyirə vəsilə edərək, həm öz ehtiyacınızı ödəmək, həm də başqasının ehtiyacına dəstək olmaq şansı qazanarsınız.
“Maidə Tekstil” dul qadınlar üçün sosial sahibkarlıq şəklində irəli sürüldü. “Maidə Tekstil” həm işini dərzi emalatxanasında davam etdirmək istəyən xanımlara, həm də şəxsi biznesini qurmaq istəyən xanımlara dəstək göstərir. Emalatxanamızın dərzi xanımları təqaüd layihəsinə dəstək olmaq üçün ekoloji təmiz parçalardan (əsasən, kətan) çanta, pul qabı, kitablıqlar tikməyə başladı. Xanımların yüksək keyfiyyət, incə zövq və dəqiqliklə tikdiyi məhsullar müştəriləri sevindirməklə yanaşı, müxtəlif yerli sərgilərdə zövqləri oxşayır.
Sosial sahibkarlıq fəaliyyəti ilə məşğul olduğumuz dönəmdə şahid olduq ki, sosial xidmət sahəsi kimi sosial sahibkarlıq fəaliyyəti də istənilən sektorlarda həyata keçirilə biləcək layihədir.
Yalnız gəlirin ünvanı ilə deyil, ilk başdan insanların cəm olub, bərabər fəaliyyətlə həqiqi sosial sahibkarlıq layihəsi olması ilə düşbərə digərlərindən fərqlənir. Beləliklə, ilk anından sosial fəaliyyətə əsaslanan düşbərə layihəsinin son anı, yəni satış və mənfəət tərəfi də birbaşa sosial fəaliyətdir. Düşbərə bükümü layihəsi təhsil, sosial güc, fiziki və əqli bacarığından asılı olmadan bütün qadınları eyni masa arxasında sevgi və şəfqətlə bir araya gətirən layihələrimizdəndir.
Sosial sahibkarlıq təhsilinin məqsədi sosial problemlərə həssas yanaşmaq, empatiya qurmaq, yenilikçi və təşəbbüskar şəxslər yetişdirməkdir.
“Zəhmətsevər” layihəsi tənha qadınlara öz əmək və bacarıqları ilə iqtisadi azadlıq qazandıraraq gücləndirməyi və dəyərli hiss etməyi hədəfləyən layihələrimizdən biridir.
“Zəhmətsevər” layihəsi ananın zəhmətinə dəyər verənlərin mənəvi dünyasına çağırışdır. Şəxsiyyətin formalaşması üçün insanın zəhmətə, əməyə verdiyi dəyər önəmlidir. Zəhmət sevər anadır – zəhmətlə övladını böyüdür, zəhmət sevər sənsən – zəhmətə dəyər verib bir ailənin xeyriyyəçisi olursan. Anaların evdə ümidlə hazırladığı qida tədarüklərinə qiymət verməklə, siz sabaha, cəmiyyətə inam və ümidlə baxan ailənin həmin gözlədiyi işıq olmaq fürsətini qazanırsınız.