Maidə Tekstil

Maidə Tekstil

“Dirçəldərək dirçələcəyik.”

Layihənin həyata keçirilmə səbəbi və məqsədi:

        2015-ci ildən çıxdığımız bu yolda yüzlərlə qadın və mindən çox uşağa ümid olmağı əhd verdik. Cəmiyyətin ən həssas üzvləri olan qadın və uşaqlarla 9 illik təcrübəmiz bizə qadının aparıcı qüvvə olduğunu göstərdi. Qadın güclüdürsə, ailə də güclüdür. 

        Həyat yoldaşını itirən qadınlar üçün güclü olmağın ilk şərti isə iqtisadi azadlıqdır- qadınlar cəmiyyətlə professional ünsiyyətə daxil olmalı, əmək-gəlir mübadiləsi etməlidir. Bir neçə il öncə öz ayaqlarının üstündə dura bilmək istəyən qadınların yaşadığı çətinliklərə qarşı sosial sahibkarlıq layihələri üzərində işləməyə başladıq. “Maidə Tekstil” dul qadınlar üçün sosial sahibkarlıq şəklində irəli sürüldü.

“Dirçəldərək dirçələcəyik.”

Layihənin gedişatı:

        2019-cu ildə əlimizdəki limitli resurslarla dərzilik bacarıqlarına sahib və ya bu peşəyə yiyələnmək istəyən dul xanımlar üçün dərzi emalatxanası yaratdıq. Müxtəlif layihələr və xeyirsevərlərin dəstəyi ilə emalatxana üçün lazım olan texniki təchizat təmin olundu. Xanımlar üçün peşəkar dərzilər tərəfindən dərzilik təlimləri keçirildi. Bugün iş məşğulluğu ilə təmin olunan analar süfrə, yataq dəsti, dəsmal, geyim və digər məişət tekstilinin tikişi ilə məşğuldurlar. “Maidə Tekstil” həm işini dərzi emalatxanasında davam etdirmək istəyən xanımlara, həm də şəxsi biznesini qurmaq istəyən xanımlara dəstək göstərir. Xanımların yüksək keyfiyyət, incə zövq və dəqiqliklə tikdiyi məhsullar müştəriləri sevindirməklə yanaşı, müxtəlif yerli sərgilərdə zövqləri oxşayır. 

       Başlanğıc olaraq emalatxanada işləyən qadınlar üçün müştəri kütləsini təmin edirik. Xanımlar tikdiyi geyim, yataq dəstləri, süfrə kimi məhsullardan gələn gəlirin maya dəyərini emalatxana dövriyyəsinə ayırmaq şərti ilə, gəliri əmək haqqı olaraq alırlar.

Sosial mediada bizi izləyə bilərsiniz.