“Salam yurdu” təlim-tədris mərkəzi

"Salam yurdu"

Elm ümmandır…

Layihənin həyata keçirilmə səbəbi və məqsədi:

“Cığır” ailəsinin qayğısına qaldığı ən önəmli məsələ təhsil və yaradıcılıqdır. Maddi çətinlik səbəbilə ailələrimiz uşaqları dərsdən əlavə hazırlıqlara göndərə bilmədiyinə görə “Salam yurdu” təlim-tədris mərkəzimizdə könüllü müəllim və tələbə kollektivimiz ilə birlikdə əmanətlərimizin təhsilinə və yaradıcılığına dəstək olmağa çalışırıq. Məktəb fənlərindən əlavə təşkil olunan mədəni-maarif dərnəklərində əsas məqsədimiz hər bir əmanətimizin içindəki dünyanı kəşf etməsidir. 

“Qüvvət elmdədir başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz.” (Nizami Gəncəvi)

Keçirilən dərs və dərnəklər:

“Salam yurdu” TTM-də bir sıra məktəb fənləri, ibtidai sinif və məktəbəqədər hazırlıq, rus dili, ingilis dili, IT dərsləri, “Conversation club” keçirilir. Bunlardan əlavə bir sıra mədəni-maarif dərnəklərimiz də fəaliyyət göstərir.

Master-klass – Azyaşlılarda əl matorikasının inkişafı, diqqətin inkişaf etdirilməsi, sosial adaptasiya, art terapiya ilə yaradıcı bacarıqların inkişafı.

“Diriliş” – Əmanətlərimizdən ibarət “Diriliş” pantomim truppası klassik əsərlərə modern naxışlar vuraraq onları müasir insan həyatına xitab edən yeni səpkidə səhnələşdirir.

“Çıraq” gənc psixoloqlar məktəbi- insan psixologiyasına və onun öyrənilməsinə maraq yaratmaqla əmanətlərlə fundamental şəxsiyyət xüsusiyyətlərini formalaşdırmaq məqsədilə fəaliyyət göstərir. 

“Film saatı” – Dövrümüzdə fikrin geniş kütləyə ən rahat şəkildə xitab edə bilən forması filmlərdir. Müxtəlif fikirləri qarşılaşdırmaq və analiz etmək, obrazlarla empati duyğusunu inkişaf etdirmək, müzakirələrlə baxış bucağımızı genişləndirmək üçün əmanətlər və gənclərlə birlikdə film saatları keçirilir.

“Mütaliə saatı”- Kitablar insan təfəkkürünün ən qiymətli özünüifadəsidir. “Günümüzün həqiqi universitetləri kitabxanalardır.” deyərək həm gənclər, həm də əmanətlərin ruhunu qidalandırmaq üçün biblioterapiyalar həyata keçirilir. Oxunulan kitabları qrup halında müzakirə və təfəkkür edərkən özgüvən və motivasiya artır, fikri sərbəst ifadə etmək bacarığı yaranır, məntiq və tənqidi düşüncə formalaşır və ən əsası öz daxili aləmimizi kəşf edə bilirik.

“Mərifət dərnəyi” –  Mərifət-Arif olmaqdır. Görünməyəni görməyi bilməkdir… Dərnəyin məqsədi həyata atılan ilk addımları öyrətmək, qaranlıqlara işıq olmaqdır…

“Nağıl saatı” – Nağıl nəql etməkdir. Nağıllar informasiya daşıyıcılarıdır…

“Boya” – Boya ilə daxili dünyamızın ən gözəl boyalarını kəşf etməyə tələsək. Həm özümüzü, həm də dünyanı sevgi boyasına bərabər boyamağa dəvətlisiniz.

“Özünü kəşf et”Bu layihə çərçivəsində əmanətlər müxtəlif mövzularda öz düşüncələrini boyalarla ifadə etməyi öyrənir.

Bunlardan əlavə rayonlarda yaşayan və çətin şəraitdə olan abituriyent əmanətlərimizə aylıq müəllim ödənişi (burs) göndərilir.

Ünvan: Bakı ş., Yasamal r., Əsəd Əhmədov küç., 63A

İnstagram: @salam__yurdu

Əlaqə: +994 77 324 61 22

 

Bu ümmanın bir dalğası da sən ol…

Sosial mediada bizi izləyə bilərsiniz.