Hər uşaq bir xəzinədir…
Rəsmlə ünsiyyət yolunu tərcih edən, gələcəyimizin rəssamları olan əmanətlərimizlə birgə həm özümüzü, həm də dünyanı sevgi boyasına bərabər boyayırıq. “Özünü kəşf et” layihəsi özümüzün belə bilmədiyimiz sirli dünyamıza xəritə olur.
“Daxili dünyamızın ən gözəl boyalarını kəşf etməyə tələsək!“
Hər dərs hikmət aləmindən yalnız qəlblərin görə bildiyi cövhərlər müzakirə olunur və hər qəlbin gördüyü rənglərlə ağ vərəqlərdə canlanır. Dərs boyu həm dərin mənəvi mövzulara fərdi yanaşma, həm bu yanaşmaları ifadə tərzi, həm də rəsm texnikaları öyrədilir. Daha sonra rəsm əsərlərinin sərgisi və sərgi ətrafında müzakirələr aparılır.