Layihələr yetimin işığıdır.
Layihələr yetim və ailəsinin ümumi və ya fərdi ehtiyaclarını ödəməklə yanaşı, onun mənəvi dünyasının işıqlanması, qəlbinin fərahı, baxış bucağının, üfqünün genişlənməsi, maariflənməsi istiqamətində xidmət edir. Özü ilə eyni taleyi bölüşən uşaqlarla bir arada olması onun cəmiyyətə daha rahat adaptasiya olunmasına dəstək olur.