Psixoloji dəstək
Yarımçıq ailə kompleksi ilə böyüyən uşaqları tək valideyn olaraq böyütmək əmanət anaların çiyinlərinə çox böyük məsuliyyət qoyur. Ananın psixoloji sağlamlığı ailə üçün çox önəmlidir. Bunu nəzərə alaraq, “Salam yurdu” təlim-tədris mərkəzində əmanət analarla qrup terapiyaları və seminarlar həyata keçirilmiş, qruplarla 8-10 ana, seminarlarda isə ümumilikdə 40 ana iştirak etmişdir.
“Loqo” Center Psixoloji və Nitq İnkişaf Mərkəzilə birgə 15 əmanət ana ilə seminarlar və fərdi konsultasiyalar aparılıb.
Analarla həm peşəkar, həm könüllü psixoloqlar tərəfindən həyata keçirilən psixoloji konsultasiyalar çox faydalı olmuş, ümumi ailənin mənəvi-psixoloji vəziyyətinə müsbət təsir etmişdir.
Previous
Next