Zəhmətsevər

Zəhmətsevər

“Dirçəldərək dirçələcəyik!”

Layihənin həyata keçirilmə səbəbi və məqsədi:

        İnanırıq ki, atası dünyasını dəyişmiş uşaq və tənha anaları gücləndirmək və ədalətlə ayağa qaldırmaq üçün onlara öz güclərini göstərmək və bacardıqlarına inandırmaq önəmlidir. Qadınlara iqtisadi azadlığın qazandırılması haqqında düşüncələrimizi və buna verdiyimiz önəmi hər zaman göz önündə tutmuşuq. “Zəhmətsevər” layihəsi tənha qadınlara öz əmək və bacarıqları ilə iqtisadi azadlıq qazandıraraq gücləndirməyi və dəyərli hiss etməyi hədəfləyən layihələrimizdən biridir.

        Fəaliyyətimizin ilk illərində əsas hədəf kütləmiz atası dünyasını dəyişmiş uşaqlar idi. Əlbəttə, ailə başçısını itirmiş ailələrdə yalnız uşaqların mənəvi, təhsil, psixoloji və s. problemləri ilə məşğul olmaq doğru olmazdı, ailənin təməldən dik dura bilməsi üçün analara peşəkar və ya sahibkarlıq fəaliyyətində dəstək olmaq da önəmli idi. İqtisadi güclü ana sağlam iradəli, dünyanı yaxşılığa dəyişə biləcək övlad tərbiyə edə bilər.

   “Zəhmətsevər” layihəsi ananın zəhmətinə dəyər verənlərin mənəvi dünyasına çağırışdır. Şəxsiyyətin formalaşması üçün insanın zəhmətə, əməyə verdiyi dəyər önəmlidir. Zəhmət sevər anadır – zəhmətlə övladını böyüdür, zəhmət sevər sənsən – zəhmətə dəyər verib bir ailənin xeyriyyəçisi olursan.

“Dirçəldərək dirçələcəyik!”

Layihənin gedişatı:

        İqtisadi azad və güclü ana – zəhmət sevər dul analar mövsümə uyğun hazırladıqları qış tədarükü məhsullarını, bostan meyvə və tərəvəzlərini “Mülk” sosial sahibkarlıq layihəsinə satış üçün təqdim edir. Beləliklə, istər Bakı və digər şəhərlərdə, istər rayon və kəndlərdə yaşayan dul analar həm öz əmək və zəhmətləri ilə ayaqda durmaq, həm bizim müştərilərə yaxşılıq etmək şansını qazandırmış olurlar.

     Anaların evdə ümidlə hazırladığı qida tədarüklərinə qiymət verməklə, siz sabaha, cəmiyyətə inam və ümidlə baxan ailənin həmin gözlədiyi işıq olmaq fürsətini qazanırsınız. Bizlər zəhmət sevər anaların satışa təqdim etdiklərinə məhsul kimi deyil, tənha qadının iqtisadi duruşu, övladının gözlərinə saf baxışı, ailənin sağlam rifahı kimi qiymət veririk.

Sosial mediada bizi izləyə bilərsiniz.