Sosial sahibkarlıq nədir?
Sosial sahibkarlıq əsas hədəfi müəyyən problemin həll olunmasına yönəlmiş insanların fədakarlığına əsaslanan sahibkarlıq növüdür. Bu növ sahibkarlıq əsasında yaradılan müəssisələr əldə olunan gəlirin müəyyən hissəsini fəaliyyətlərini davam etdirmək məqsədilə saxlayaraq, geri qalan gəliri sosial problemlərin həll olunmasına yönəldir. Sosial sahibkarlıq cəmiyyətdəki ictimai-sosial problemlərin həllinə biznes yanaşmadır və onun uğuru təkcə əldə edilən gəlirlə deyil, sosial missiyanın nə dərəcədə müvəffəqiyyətlə yerinə yetirilməsi ilə ölçülür.
