“Zövqlü iş zövq sahiblərinindir.”
“Amber Soap” ətirli və efir yağlı dekorativ sabunların, şamların hazırlanması və satışını həyata keçirən gəncləri və könüllü xanımları bir araya gətirir. Dekorativ sabunlar könüllülər tərəfindən hazırlanır, müxtəlif konseptlərdə dizayn olunur, sosial şəbəkələrə yerləşdirilir və satışa çıxarılır.
Sabun satışından əldə olunan gəlir mədəni-maarif layihələrin maliyyələşməsində, birliyimizin texniki işlərinin maddi təchizatında kiçik də olsa əhəmiyyətli rol oynayır.
Yaradıcı gənclərə və xanımlara öz zövq və bacarıqlarını ifadə edə biləcəkləri mühit yaratmaqla incəsənətin və zövqün xeyirxahlıqla qovuşduğu anlara birlikdə şahid oluruq.
“Zövqlü iş zövq sahiblərinindir.”
Könüllü gənclərimiz və xanımlarımız üçün davamlı olaraq müxtəlif əmək təlimləri keçir, incəsənət məhsullarının yaradılma texnikaları haqqında maariflənirik. Belə təlimlərin birində könüllülərimizin xüsusi diqqətini çəkən təbii sabunları sosial sahibkarlıq layihəsinə çevirməyi və davamlı həyata keçirilən layihələrimizə əlavə etməyi qərara aldıq.
“Amber Soap” artıq 5 ildən çoxdur ki, ətrafına yeni simalar və yeni əllər cəlb edir, böyüyür, peşəkarlaşır və faydalı olur. İstər “Cığır” MDİD İB tərəfindən həyat keçirilən xeyriyyə satışlarında, istər digər yerli və beynəxalq sərgilərdə masalarımızı bəzəyir, insanların marağına səbəb olur.
Ünvan:Bakı ş., Yasamal r., Müzəffər Həsənov küç., 35. (20 Yanvar m/s-nın yaxınlığı)
İnstagram: @amber_baku_soap
Əlaqə: +994 70 215 60 99