“Rəngahəng”

Rəngahəng

Yaxşılığın rənglərinə şahid olmağa hazırsanmı?

Layihənin həyata keçirilmə səbəbi və məqsədi:

“Rəngahəng” sosial sahibkarlıq layihəsi olmaqla, gənc əmanət və birliyin könüllülərini cəmiyyətə sosial töhfə vermək və yaradıcılıq adına bir araya gətirir. Texnologiyanın zamanımızı daha çox aldığı son illərdə insan həyatında əməyin, təbiətlə ünsiyyətin mahiyyəti unudulmuşdur.

Belə ki, rəssamlıq qabiliyyəti olan və ya bu sahədə professionallaşmış gənclərimiz şüşələr (boşqab, fincan, güldan və s.) üzərində rəngarəng vitraj boyaları ilə işləyirlər.

 

Layihənin gedişatı:

İncə zövq və duyumla işlənmiş hər bir vitraj sənətinin “Mülk” ilk sosial sahibkarlıq mağazasında, müxtəlif onlayn platformalarda və ölkəmizin müxtəlif bölgələrində keçirilən sərgilərdə satışı keçirilir.

Sözügedən layihədən əldə olunan qazancla atası dünyasını dəyişmiş, ali məktəbə hazırlaşan gənclərin “Elm ümmandır” təhsil təqaüdü proqramına dəstək olunur.

Ünvan: Bakı ş., Yasamal r., Müzəffər Həsənov küç., 35. (20 Yanvar m/s-nın yaxınlığı)

İnstagram: @rengahengvitraj

Əlaqə: +994 50 797 85 45

İş saatları: 09:00 – 21:00

 

Sosial mediada bizi izləyə bilərsiniz.