Yaşadığı cəmiyyətdə kiçik də olsa ən gözəl dəyişiklikləri etmək istəyən hər bir insan, qurum, cəmiyyət kimi, “Cığır” ailəsi də uzun illərdir təhsil mövzusuna ciddi yatırımlar etməyə və uşaqlara gələcək bəxş etməyə hədəflənib.
Bu asan olmayan, ancaq çox önəmli bir işdə ətrafımızdakı insanları cəm edirik.
Bu gün bu postumuzu Təhsil Təqaüdünə həsr edir və sizi postu sona qədər oxumağa dəvət edirik:
Beləliklə,
• Sizlərin dəstəyi ilə “Cığır” təqaüdü kimlərə verir?
Qeydiyyata aldığımız əmanətlərdən təhsil almağa həvəsli və çalışqan olanlara məşğələ üçün
aylıq təqaüd verilir. Təqaüd alan uşaqlarla mütəmadi maraqlanır və Zoom platforması üzərindən
həftəlik görüşlər keçiririk.
• Təqaüd necə verilir?
– Ata himayəsindən məhrum fərdlər olaraq qeydiyyata aldığımız uşaqlardan abituriyent
olanlarla əlaqə saxlayır və təhsil planları haqqında məlumat toplayırıq;
– Xeyirsevər insanları dəvət və təşviq edərək təqaüd üçün məvacib toplayırıq;
– Hər ay təqaüdlər uşaqlara çatdırılır;
Təqaüd alaraq tələbə adını qazanan bəzi əmanətlər:
2018-ci il:
Şəmsiyyə Manafova – 491 bal – ADPU, Tarix müəllimliyi
Xədicə Kərimli – 448 bal- ADU, Regionşünaslıq
2019-cu il:
Sevil Mamedova – 501 bal- BDU, Biologiya müəllimliyi
Gülçin Həbibullayeva – 609 bal- ADNSU, Kompyuter Mühəndisliyi (ingilis bölməsi)
2020-ci il:
Nuray Məmişova – 552 bal- ADA, Dövlət və ictimai münasibətlər
Leyla Həbibullayeva – 452 bal- BMU, Riyaziyyat və informatika müəllimliyi (ingilis bölməsi)
2021-ci il:
Samirə Məmmədova – 627.7 bal – DİA, Beynəlxalq münasibətlər
Cavadzadə Rüfət- 480 bal – ADNSU, Biznesin idarə olunması (ingilis bölməsi)
Aydan Məcidova – 466 bal – Xəzər universiteti, Psixologiya (ingilis bölməsi)
Əziz həmvətənlimiz, təhsil gələcək deməkdir. Gələcəyimizi birlikdə qazanaq!