“Qutabdan kitaba” sosial bazar

Qutabdan kitaba

Təhsil ümidli sosial bazar

Layihənin həyata keçirilmə səbəbi və məqsədi:

Layihənin məqsədi atası dünyasını dəyişmiş abituriyentlərin təhsil təqaüdünə və həssas qrup nümayəndələrindən olan tənha analara dəstək göstərməkdir.

“Sosial Bazar” istiqamətində təşkil olunan bu layihədə müxtəlif əl işlərindən ibarət sosial sahibkarlıq layihələrinin məhsulları ilə yanaşı həssas qrupdan olan dul qadınların elə sosial bazarda hazırladıqları qutabların satışı təşkil olunur.

Layihənin əksər icraçıları olan həmin dul qadınlara layihə çərçivəsində əmək haqqı ödənilərək onların məşğulluğu təmin olunur. Hal-hazırda da Bakı şəhər İcra Hakimiyyətinin razılığı ilə Bakının müxtəlif bölgələrinin yaşayış massivlərində layihə mütəmadi olaraq həyata keçirilməkdədir.

Layihənin gedişatı:

Tənha analar tərəfindən qutabların hazırlanması üçün etibarlı mağazalardan keyfiyyətli məhsullar seçilərək alınır və sosial bazarda insanların da şəffaflıqla müşahidə edə biləcəyi şəkildə gigiyenik qaydalara əməl olunaraq hazırlanır.

Hazırlanma prosesində iştirak edən xanımların əlcək, papaq, önlük geyinmələrinə, hazırlanma mühitinin təmiz saxlanılmasına nəzarət olunur. Qış fəslində isə çadırlar qurularaq bu proses icra edilir və burada ətli, göyərtili, balqabaqlı, pendirli və s. qutab növləri hazırlanaraq satılır.

Play Video

İnstagram: @qutabdankitaba

Əlaqə: +994 50 773 29 42

Qeyd: Hər həftə sosial bazarın keçiriləcəyi ünvan sosial şəbəkələrdə bildirilir.

 

Sosial mediada bizi izləyə bilərsiniz.