Xeyriyyəçilik məktəbi insanlıq məktəbidir.
Xoşbəxt olmağın yolu başqasını xoşbəxt etməkdən, başqasının üzündə təbəssüm yaratmaqdan keçir. Dünyanın ünsiyyətə ehtiyacı var. Dərd bilməyən dəva olmaz. Mənəvi dayağın və sevginin dəyərini bilən əmanətlər, əlbəttə ki başqalarında bu ehtiyacı ən dolğun ödəyənlərdir.
“Uşaq ikən sevgi paylamağı bacaran əmanətlərimiz böyüdükdə xeyriyyəçilik və mesenatlıq arzusu ilə yaşayacaqlar.“
“Cığır” əmanətləri “Mənə nağıl söylə” şüarı ilə uşaq evi və ya sığınacağa üz tutaraq oradakı uşaqlarla sevgilərini paylaşır.