Piknik

Piknik

Yolçu yolda gərək…

Layihənin həyata keçirilmə səbəbi və məqsədi:

Uşaqların tədbirlərə, müxtəlif əyləncə yerlərinə və istirahətə gedə bilməməsi bəzən onların özünü tək hiss etməsinə, özünü digər uşaqlardan ayırmasına səbəb olur. Bu da onların gələcəkdə cəmiyyətə uyğunlaşmasında problem yarada bilir. Məqsədimiz əmanətlərimizlə birlikdə piknik etməklə onların yalnız olmadığını onlara hiss etdirmək, onları sevindirmək və dünya görüşlərini inkişaf etdirmək, insanları və təbiəti sevdirməkdir. Bu layihə uşaqların sosiallaşması üçün münbit şərait yaradır.

“1 günlük səfərlərimiz ömür xəritəmizə rəngarəng xatirələr, bilgilər qatır.”

Layihənin gedişatı:

Uşaqlarla bərabər süfrə hazırlanır, söhbətlər olunur. Yemək yedikdən sonra uşaqlarla əyləncəli oyunlar oynanılır, daha sonra birlikdə dağda və çay kənarında gəzib söhbət edilir.

Sosial mediada bizi izləyə bilərsiniz.