Ev ziyarəti

Ev ziyarəti

Gözləyənlərimiz var… 

Layihənin həyata keçirilmə səbəbi və məqsədi:

“Cığır” İB olaraq düşünürük ki, ailə və əmanətlərimiz haqqında ilk məlumatları məhz onların evlərini ziyarət etməklə əldə etmək mümkündür. Layihəmizin əsas məqsədi himayəmizə alacağımız uşaq və ailə daha yaxından tanış olmaqla bərabər, yeni əmanətimizin ev şəraiti ilə də yaxından tanış olmaqdır.

Hər ev ziyarəti yeni ümidlərə açılan qapıdır.

Layihənin gedişatı:

Qeydiyyata alınan yeni uşaqların evinə siyahı üzrə ziyarət olunur. Ev ziyarəti zamanı ailəyə qurban əti və ərzaq bazarlığı aparılır. Ziyarət zamanı ailə və uşaq haqqında blank doldurulur.

Sosial mediada bizi izləyə bilərsiniz.