Bərəkət yetimin süfrəsindədir.
Layihənin keçirilməsində əsas məqsədimiz əmanətlərimizlə daha yaxın olaraq Ramazanı sevdirmək, Ramazanın bərəkət, ümid, səbr, sevgi və dostluq dolu bir ay olduğunu insanlara çatdırmaq və insanlar arasında qonaqpərvərlik, evlərə ziyarət, hədiyyələşmək ənənəsini yaymaq.
İsti yeməklərimizlə soyuq divarlara qonaq gedərkən ailələrin iftar süfrəsində ramazan dualarıyla qəlbimiz isinir.
Ramazan ayı boyunca hər gün fərqli bir ailədə iftar süfrəsində oluruq. Gedərkən yemək bişirilib aparılır, bundan əlavə ərzaq paketi və hədiyyə verilir, Ramazanın və orucun nə olduğu izah edilir.