Odun alınması

Odun alınması

Dil sözsüz, ocaq közsüz qalmasın…

Layihənin həyata keçirilmə səbəbi və məqsədi:

Dağ kəndlərində qış sərt keçdiyi və qaz olmadığı üçün evi isitməkdə çətinlik yaranır. Əmanət ailələrimizdə odun toplamaq və ya imkanı zəif olan ailələrdə odun almaq daha çətin olur.

Layihənin əsas məqsədi soyuq qış aylarında əmanətlərimizin isti evdə yaşamasını təmin etməyə çalışmaqdır.

“Sözlərimiz qəlbləri, odunumuz divarları isitsin.”

Layihənin gedişatı:

Dağ kəndlərində yaşayan əmanətlərimizdən ən ehtiyaclılarına qışlıq odun almaq üçün lazım olan yardım göndərilir.

Sosial mediada bizi izləyə bilərsiniz.