Kənd yerlərində iş yeri çətinliyi olduğu üçün orada yaşayan əmanətlərimizin analarının maddi çətinliyi olur. Bu layihə işləmək istəyən analarımıza və ailələrimizin dolanışığına az da olsa dəstək olacaq, sağlam və təbii məhsullarla qidalanmalarını təmin edəcək.
“Ailə təsərrüfatının təməlini qoymaqla “Balıq tutmağı öyrətmək” prinsipini yaşayaq.
Ailələrə davamlı və stabil dəstəyin şəxsi təsərrüfatın formalaşdırılması olduğunu düşündüyümüz üçün fəaliyyətimizin ilk illərindindən bəri inək və ya toyuq alınması layihəsini həyata keçiririk. Kənddə yaşayan ailələrimizdən ən ehtiyaclı, həmçinin baxma şəraiti və bacarığı olan ailələrimizə hin tikilir və toyuq alınır və ya sağmal inək alınır.
2021-ci ildə isə inək alınması layihəsi “Şəfalı süd” adı altında gənc könüllülərimiz tərəfindən həyata keçirilmişdir. Ramazan ayında küçə satışları, ianə toplanma kompaniyası və ikinci əl kitab satışı həyata keçirərək könüllülərimiz xeyirsevərlərin dəstəyi ilə 4 inək üçün lazımi məbləğ toplamışdır.