Məktəb ləvazimatı alınması.

Məktəb ləvazimatı alınması

Bir əmanətin məktəbli çantasında “yerimiz” olsun.

Layihənin həyata keçirilmə səbəbi və məqsədi:

Məktəb başladığında məktəb ləvazimatı xərcləri çox olur. Analarımızın maddi durumu yaxşı olmadığı üçün çətinlik çəkirlər və uşaqların məktəb üçün lazım olan ehtiyaclarını qarşılaya bilmirlər. Hətta belə hallarda bəzi yerlərdə analar uşaqlarını məktəbdən çıxarırlar. Məqsədimiz məktəbə yeni başlayan yetim uşaqlarımıza məktəb ləvazimatı ehtiyaclarını hədiyyə edərək onları məktəbə və oxumağa həvəsləndirmək, maddi durumu aşağı olan analara yardım edə bilməkdir.

Uşaqlara xeyirxah insanlar tərəfindən qayğı, dəstək göstərilməsi gələcəkdə insanlığa faydalı şəxsiyyətlər kimi yetişməsinin təminatıdır.

Layihənin gedişatı:

Məktəbə gedən əmanətlərimizə siniflərinə uyğun məktəb çantası və ləvazimatı alınıb hədiyyə verilir. Rayonlarda yaşayan əmanətlərimizə isə poçt vasitəsi ilə göndərilir.

Sosial mediada bizi izləyə bilərsiniz.