“Cığır” ictimai birliyi olaraq həyata keçirdiyimiz periodik layihələrdən biri də əmanətlərimizə idman və qış paltarlarının alınmasıdır. Bildiyimiz kimi bir çox ailələr maddi imkanlarından dolayı uşaqlarına daha çox üst geyimlərinin alınmasına diqqət edirlər. İdman paltarı almaqda məqsədimiz əmanətlərimizin yeni paltar sevincinin, zövqünün yaşamasıdır. Qış paltarlarının alınmasının əsas səbəbi bu paltarlara tələbatın daha çox olması və qiymət baxımdan digər geyim növlərinə nisbətən daha bahalı olmasıdır.
Daha öncə geyim hədiyyə edilməmiş əmanətlərimizə yaş və ölçülərinə görə idman paltarı və ya qış geyimi alınıb hədiyyə edilir.