Küçə iftarı

Küçə iftarı

Ramazan coşqusunu bərabər paylaşaq.

Layihənin həyata keçirilmə səbəbi və məqsədi:

Layihənin həyata keçirilməsində əsas məqsədlərdən biri əhalinin arasında Ramazan şövqü yaratmaq, yetim anlayışını geniş kütlələrə daşımaq, küçələrdə yetim uşaqlara iftar verməklə eyni zamanda digər insanları da birlikdə iftara çağırmaq, onlara Ramazan gününü yetimlərlə(Allahın seçilmiş qulları) bərabər keçirərək yetim ətirli iftar ləzzətini daddırmaqdır. Qonaqlara yetim uşaqlarla bir süfrədə iftar açmağın Allahu Təala tərəfindən nə böyük bir lütf olduğunu aşılamalı,  bu işlərin böyük xoşbəxtlik olduğunu göstərməyə çalışmalıyıq.

 

 

Yetimin qəlbinə gedən yolu öyrənib, həyat istiqamətimizi dəyişək..

Layihənin gedişatı:

Bakının fərqli bölgələrində həyətdə həmin bölgədə yaşayan “əmanətlər”imiz üçün iftar təşkil olunur. İftara binada yaşayan qonşular qonaq kimi dəvət olunur.

Sosial mediada bizi izləyə bilərsiniz.