Həftəsonu əmanətin evində şirin müzakirələrlə çay süfrəsinə “Qonaq gəl!”.
Bu layihənin keçirilməsində əsas məqsəd eyni bölgədə yaşayan uşaqların arasında ünsiyyət, səmimi münasibət, dostluq və ailə mühitinin möhkəmləndirilməsidir. Bir-birlərinin evində davamlı zaman keçirmələri uşaqlara mənəvi olaraq yaxşı təsir edəcək.
“Eyni süfrədə bərabər zaman keçirən əmanətlərimiz həyatda özlərini yalnız hiss etməyəcəklər.”
“Qonaq gəl bizə” layihəsi zamanı eyni bölgədə yaşayan və eyni yaş qrupuna aid əmanətlər növbə ilə bir-birinin evinə qonaq gedir. Hər qonaqlıq zamanı psixoloqlarımız və müəllimlərimiz tərəfindən hazırlanan proqram işlənir, oyunlar oynanılır, müzakirələr aparılır.