Düşərgə

Düşərgə

“Təbiət təfəkkürə çağırır…”

Layihənin həyata keçirilmə səbəbi və məqsədi:

Ata himayəsindən məhrum olan uşaqlarla yaxından tanış olub dost olmaq üçün onlarla birlikdə zaman keçirmək, onların maraqlarını, fikirlərini, sıxıntılarını bilmək lazımdır. Düşərgədə birlikdə keçirilən zaman, oynanılan oyunlar və müzakirələr əmanətlərimizlə aramızda sıx, səmimi və mehriban münasibətin möhkəmlənməsinə, uşaqlara ailə mədəniyyətini aşılamağa yardım edəcək. Həmçinin uşaqlar da bir-biriləri ilə yaxından tanış olub dost ola biləcəklər.

Təbiətdən, dolayısı ilə özümüzdən uzaqlaşdığımız bu dövrdə onunla iç içə həyat yaşayaraq daxili hüzur tapmağa hər birimizin ehtiyacı var. Bütün həyat sistemi eyni şəkildə qurulduğu üçün həyatı daha yaxşı şəkildə onunla ünsiyyətdə olaraq öyrənə bilərik. Həmçinin son dövrlərdə artmış urbanizasiyanın qarşısını almaq üçün kənd həyatının gözəlliklərinin fərqində olmağı aşılamaq lazımdır.

Uşaq yaşlarından sıxıntı ilə üzləşmiş əmanətlərimizə həyat motivasiyası vermək üçün onlara həyatı onun içindən öyrətməyə çalışacağıq. Həyatdakı hər şeyi bir-biri ilə əlaqələndirməyi öyrətməklə təfəkkürlərini inkişaf etdirəcəyik.

Həmçinin hər kəsin, xüsusilə gənc nəslin kəndlərdən şəhərə qaçdığı dövrümüzdə kənd həyatının gözəlliklərini uşaqlara aşılamaq istəyirik.

Təbiət ruhumuzun bütün yaradılmışlarla bərabər harmoniya məkanıdır.

Layihənin gedişatı:

“Cığır” MDİD İB-nin ən maraqlı və faydalı layihələrindən bir sayılan bu layihə 3 və ya 5 gün müddətində qızlar və oğlanlarla ayrı qruplarda həyata keçirilir.Bu müddətdə əmanətlərimizlə düşərgələrdə toplaşaraq, müəllimlərimiz və psixoloqlarımız tərəfindən hazırlanan proqramlar həyata keçirilir, əmanətlərimiz sevgi toru ətrafında ailə olmağı, birliyi və dostluğu öyrənirlər.

Bu günlər ərzində təbiətlə iç-içə kənd həyatı yaşadılır. Uşaqlar təndirdə çörək bişirir, mövsümə uyğun meyvə-tərəvəz əkimi və ya yığımı edir, meşədən odun gətirir, ocaqda yemək bişirir, inək sağır və heyvanlara yem-su verib təmizliyinə baxır. Bütün bu işlərin yorğunluğundan sonra axşam təndir başında bu həyatın bizə qazandırdıqları barədə söhbət etməklə istirahət edir.

Sosial mediada bizi izləyə bilərsiniz.