Gül əkmə layihəsi

Gül əkmə

Getdikcə artan urbanizasiyanın qarşısını almaq üçün insanlara torpaqla ünsiyyəti öyrətmək, təbiətə sevgi aşılamaq lazımdır.

Layihənin həyata keçirilmə səbəbi və məqsədi:

Getdikcə artan urbanizasiyanın qarşısını almaq üçün insanlara torpaqla ünsiyyəti öyrətmək, təbiətə sevgi aşılamaq lazımdır. Çünki, təbiətdən uzaqlaşmaq insanı özündən uzaqlaşdırır. Texnologiyanın zamanımızı daha çox aldığı son illərdə insan həyatında əməyin, təbiətlə ünsiyyətin mahiyyəti unudulmuşdur.

Torpaqla ünsiyyət onları Özlərinə yaxınlaşdıracaqdır. Əkdikləri çiçəyə davamlı olaraq qulluq etmələri uşaqlarda qayğı hissini artıracaq. Dibçəkdəki gülü bəsləməklə qismən həyatı da öyrənmiş olacaqlar – nəticəsi gözəl olan bir şeyə çatmaq üçün davamlı əmək vermək lazım olduğunu praktiki olaraq öyrənəcəklər.

İndidən çiçək əkməyi öyrənən uşaqlar gələcəyin ağac əkənləri olurlar.

Layihənin gedişatı:

Layihə eyni rayondan olan uşaqlarla keçirilir. Uşaqlarla bitkilər, torpaq, ümumilikdə təbiət və onunla ünsiyyətlə bağlı maarifləndirici söhbətlər aparıldıqdan sonra, uşaqlar onlara verilən əmək dəsti ilə dibçəklərdə gülləri əkərək analarına hədiyyə edəcəklər. Onlara gülə qulluq etmə qaydaları öyrədildikdən sonra qruplara ayrılaraq təbiətlə bağlı rəsmlər çəkib, birlikdə müzakirə edəcəklər. Sonda hər uşağa layihədə öyrəndikləri məlumatların ümumiləşdirildiyi braşur və fidan hədiyyə olunacaq.

Sosial mediada bizi izləyə bilərsiniz.