“İsti yuva”

İsti yuva

Qoyulan hər bir daş sevgi binasının bünövrəsidir…

Layihənin həyata keçirilmə səbəbi və məqsədi:

“İsti yuva” layihəsi əmanətlərimizin yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət etməq məqsədi ilə fəaliyyət göstərir. Layihənin adından da məlum olduğu kimi məqsədimiz əmanətlərimizə özlərini rahat və təhlükəsiz hiss edəcəkləri isti yuvalar qurmaqdır. 

Boyanan hər divar çiçək açan xəyallardır…

Layihənin gedişatı:

Layihə çərçivəsində  ağır ev şəraitində yaşayan əmanətlərimizin sağlam həyat sürə bilmələri  üçün qəzalı və yaşamaq üçün şəraiti olmayan evlər təmir olunur. Bununla yanaşı, dam tikintisi, hamam-tualet tikintisi, qaz, su, işıq çəkilməsi, istilik cihazlarının alınması, hamam ləvazimatlarının alınması da bu layihənin xidmətləri çərçivəsindədir.
2019-cu ildə SMTS MMC şirkətinin rəhbərliyinin təşəbbüsü ilə Azərbaycanda bir yeniliyə imza atıldı və “Cığır” MDİD İB-nin himayəsində olan 3 ailənin evi inşa olundu. Hər üç evin qonaq otağı, hamam-tualeti, mətbəxi və dəhlizi tam təmir olundu.

Sosial mediada bizi izləyə bilərsiniz.