Gözəl düşüncə

Gözəl düşüncə

Gözəl söz ağacdırsa, gözəl düşüncə toxumdur…

Layihənin həyata keçirilmə səbəbi və məqsədi:

Layihənin həyata keçirilməsində əsas məqsəd iştirakçıları elmi və mənəvi təfəkkürə yönləndirməkdir. İnsan həyatında düşüncənin əhəmiyyətini nəzərə alaraq keçirilən bu layihə fənlərarası inteqrasiyaya üstünlük verir. “Gözəl düşüncə” layihəsinin uşaqların elmə olan marağını və sevgisini artıracağına inanırıq.

Mənim işarələrim düşünənlər üçündür…

Layihənin gedişatı:

Layihə əmanətlərimiz və könüllü tələbələr arasında keçirilir. İştirak edən hər bir tələbə ixtisasının Qurani-Kərimlə olan əlaqəsini şagirdlərlə bərabər araşdırır. Layihənin qalibləri isə müşahidəni, araşdırmağı, öyrəndikləri arasında əlaqə qurmağı bacaranlar olur.

Sosial mediada bizi izləyə bilərsiniz.