“Kitab”ın ilk əmrinə sarılaq…
Uşaqlarda oxumağa həvəs oyandırmaq Allahın ilk əmrini onlara uşaqlıqdan öyrətmək deməkdir. Gözəl natiq ola bilmək, fikirlərini dəqiq, axıcı çatdıra bilmək məqsədilə insan mütaliə etməlidir. Hər kitab insan həyatında müəyyən iz buraxır. Kitab ən yaxşı dostdur – düsturuna uşaqlıqdan insanı alışdırmaq lazımdır. Kitabların cəmiyyətdə nə dərəcədə önəmli olduğu hər daim vurğulanmaqdadır, lakin onları oxuyan biriləri, xüsusən də gənclər və uşaqlar olmasa kitablar təmamən faydasız kağız parçalarına çevrilərlər. Məhz buna görə də kitablar alınaraq uşaqlara hədiyyə olunmalıdır ki, onlarda kitaba olan həvəsi oyadaraq cəmiyyətimizə fayda toxunduraq. Kitab oxumağı sevdirmək, təhlil qabiliyyətinin artmasını təmin etmək, məktəbə sevgi, kitab sözünün özünü belə sevdirmək deməkdir.
“Kitab ən yaxşı dostdur.“
Uşaqlara kitab hədiyyə olunur və bu zaman kitab və qələm haqqında məlumat verilməklə bərabər, oxumanın insan həyatında yeri, əhəmiyyəti izah edilir. Kitab və onun formalaşması haqqında, kitablar və məqalələr haqqında çıxışlar edilir. Layihə müddəti bitdikdən sonra uşaqlar onlara hədiyyə olunan kitablarla bağlı müəllimlərimiz tərəfindən təşkil olunmuş imtahanda iştirak edirlər və sonda qaliblər mükafatlandırılır.