“Sağlam ruhlar”

Sağlam ruhlar

“Sağlam ruhda, sağlam bədən olar…”

Layihənin həyata keçirilmə səbəbi və məqsədi:

“Cığır” MDİD İB qeydiyyatında olan əmanətlər və onların analarının müayinə və müalicə olunması, ehtiyac olan dərmanların alınması məqsədilə könüllü həkimlərin dəstəyi ilə layihəni həyata keçirir.
Könüllü tələbələrimiz isə müayinə və müalicələr zamanı mənəvi dəstək olaraq əmanətlərimizin əylənməsinə və özlərini tək hiss etməməsinə çalışırlar.

İçimizdəki təbii güclər xəstəliklərin əsl şəfasıdır.” (Hipokrat)

Layihənin gedişatı:

  Ev ziyarəti və tədbirlər zamanı  tibbi blanklar paylanılır, məlumat toplandıqdan sonra müraciətə əsasən uyğun bölmələr üzrə dəyərləndirilir və könüllülər tərəfindən uyğun olan istiqamətə yönləndirilir.

     Dərmanlar, yol və s. xərcləri qarşılamaq üçün könüllülərimiz mütəmadi olaraq “50 qəpik ağacı” (hər həftə layihə fonduna 50 qəpik ödəniş) və “Kitabınla işıq ol!” (ikinci əl kitab satışı) layihələrini həyata keçirirlər. 

    Tibbi yardım istiqamətləri:
Müayinə: peşəkar həkimlər tərəfindən diaqnoz qoyulması(pediatr,oftalmoloq,qastroenteroloq,travmotoloq,nevroloq,dermatoloq,stomatoloq,endokrinoloq);
Müalicə: diaqnoza müvafiq olaraq müalicə təyin olunması;
Əməliyyat: pesəkar həkim tərəfindən müvafiq əməliyyatın həyata keçirilməsi;
Dərmanla təmin: yazılmış dərman reseptlərinin qarşılanması;
Psixoloji dəstək: psixoloji mərkəzlərdə psixoloqlar tərəfindən dəstək;
Xəstəxanaya yerləşdirmə: müəyyən olunmuş hallarda ananın və ya uşağın xəstəxanaya yatızdırılması və ya mütəmadi olaraq xəstəxanada yatılı olaraq müalicə olunan anaya və ya uşağa dəstək;
Diaqnostik müayinə: USM,MRT,rentgen,EKQ,ensefaloqramma və s.nin həyata keçirilməsi;
Analizlər: ixtisas həkimləri tərəfindən tələb olunan analizlərin verilməsi;
Eynəklə təmin: oftalmoloq tərəfindən təyin olunan eynəklə təminat.
 
   “Sağlam ruhlar” layihəsi tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir:
1. “ASTMA xəstəliyindən əziyyət çəkən uşaqların müayinəsi və dərmanla təmini” 
2. Nitq qüsurlu uşaqlara loqopedin dəstəyi və psixoloji yardim
-Şəfa 1 və Şəfa 2 layihəsi (adenektomiya və tonzilektomiya əməliyyatları. Bu layihələr  Nərgiz fondunun dəstəyilə həyata keçirilmiş, toplamda 78 uşaq müayinə olunmuş,  onlardan 28 uşaq əməliyyat olunmuş, 18 uşaq isə növbəti mərhələdə əməliyyat olunacaq.)
3. Qan analizi-talessemiya daşıyıcılığının təsbiti layihəsi həyata keçirilmişdir

Sosial mediada bizi izləyə bilərsiniz.