İlk sevinclərdə yerimiz olsun…
Bildiyimiz kimi bütün məktəblərdə məktəb forması hər kəs üçün vacibdir. Məktəb forması baha olduğu üçün analarımız maddi çətinlik çəkir. Yetimlərimizin ailədəki maddi sıxıntını düşünməsi onun bütün diqqətini dərslərinə verməsinə mane olur. Məqsədimiz məktəbə yeni başlayan yetim uşaqlarımıza məktəbli forması hədiyyə edərək onları məktəbə və oxumağa həvəsləndirmək, maddi durumu aşağı olan analara yardım edə bilməkdir.
“Uşaqlara xeyirxah insanlar tərəfindən qayğı, dəstək göstərilməsi gələcəkdə insanlığa faydalı şəxsiyyətlər kimi yetişməsinin təminatıdır.“
1-ci sinifə başlayan əmanətlərimizə məktəbli forması alınıb hədiyyə olunur.