“Sən də fidanınla yaşat şəhid adını!”

"Sən də fidanınla yaşat şəhid adını"

İnsan insan olur öz hünəriylə, millət millət olur xeyri, şəriylə.

Torpağın bağrına cəsədləriylə, azadlıq toxumu əkdi şəhidlər.

Layihənin həyata keçirilmə səbəbi və məqsədi:

İnsanlıq qarşısında borcumuzu yerinə yetirmək üçün 44 günlük vətən müharibəsi zamanı vətən və millət dəyərlərini qorumaq naminə öz həyatlarını Allaha qurban edən şəhidlərimizin adına fidanlar əkmək qərarına gəldik. Torpağa borcumuzu ödəmək və insanlara xidmət etmək üçün ağac əkilməsini labüd görürük. Çünki ağaclar da şəhidlər kimi təmənnasız xidmətçidirlər: torpaq sürüşməsi, ekosistemin bərpası, insanların rahat şəkildə meyvələrindən istifadə edə bilməsi ağacların şəhadətidir. Mənəvi dəyər kitabımızda söz ağaca bənzədilir- insanı öldürən, dirildən, yaralayan söz insanlıq üçün nə qədər dəyərlidirsə ağac da bu dəyərə bərabərdir.

“Qiyamətin qopduğunu görsəniz belə, əlinizdəki fidanı əkin.”

(Muhamməd s.a.s.)

Layihənin gedişatı:

Vətəndaşlarımızı bu istiqamətdə maarifləndirir və ağacəkmə aksiyasına təşviq edirik. Dövlət qurumlarına ağacların əkiləcəyi torpaq sahəsinin ayrılması üçün müraciət edirik. Fidanlar şəhid ailələrinin iştirakı ilə torpağa əkilir. Şəhidlərimizin yaxınları üçün simvolik olaraq dibçəkdə gül hədiyyə edirik.

Aksiyamızın ilk mərhələsi 2021-ci il 31 mart tarixində Bakı şəhəri Lökbatan qəsəbəsi 233 saylı orta məktəbin sahəsində baş tutdu. Növbəti mərhələsi isə Abşeron rayonu Qobustan kənd tam orta məktəb, A.Novruzov adına Çaylı kənd tam orta məktəb və Ə.Qadaşov adına Pirəkəşkül qəsəbə tam orta məktəbin sahəsində və daha sonra Sumqayıt şəhəri ərazisində həyata keçirildi.

Layihə çərçivəsində ümumilikdə 500-ə yaxın ağac tingi əkilib. Layihənin növbəti tarixlərdə silsilə şəkildə davam etdirilməsi planlaşdırılır.

 

Sosial mediada bizi izləyə bilərsiniz.