“Ən böyük xəyalın nədir?” deyə soruşduqda, “Dənizi görmək.” cavabını verən bir əmanət düşünün…
Bu layihənin keçirilməsinin başlıca səbəbləri uşaqları maarifləndirmək, dünyagörüşlərini artırmaq, onlara dostluq və sevgini öyrətməkdir, uşaqları sevindirmək və onlara başqa insanların onlara qarşı nə qədər sevgi dolu olduğunu göstərməkdir. Bu layihə həm də fərqli rayonlardan olan uşaqların bir-biriləri ilə tanışlıq və dostluq etməsinə şərait yaradacaq.
2016-cı ildən fəaliyyətə başlayan “Bakı, qonağımız var!” layihəsi bugünə qədər 4 dəfə həyata keçirilmişdir. Hər yay rayonda yaşayan uşaqlardan Bakını görməyən və ya Bakıya gəlsə də gəzməyə imkanı olmayan uşaqları Bakıya gətirib, 3 gün ərzində qonaq edərək onlara Bakının görməli yerləri gəzdirilir, geyim alınır, psixoloqlarımız və müəllimlərimiz tərəfindən hazırlanan proqram üzrə onlarla oyunlar oynanılır və müzakirələr aparılır.