Şəhid və qazilərimizə sevgimizi ifadə etmək üçün gördüyümüz işləri təqdim edirik.

Şəhid və qazilərimizə sevgimizi ifadə etmək üçün gördüyümüz işləri təqdim edirik.

Dəyərli həmvətənlilərimiz, əziz soydaşlarımız!

Şanlı Qarabağ zəfərimizdən artıq 1 il keçir. Qələbəyə sevinən millətimizin bir üzvü kimi 1 il boyunca şəhid və qazi ailələrinə sevgimizi, dəyərimizi ifadə etmək üçün həyata keçirdiyimiz işləri sizə təqdim edirik.

  • Şəhid ailələri və qazilərə mənəvi dəstək qolu: “Cığır” ailəsi olaraq 44 günlük müharibənin ilk sədalarından şəhid və qazi qolumuz fəaliyyətə başladı. Ev-ev dolaşaraq şəhid və qazi ailələrini ziyarət etdik, onlarla bərabər olduq.
  • “İnşirah” psixoloji sağlamlıq layihəmizlə şəhid xanımları ilə “Rənglən Dünyam” adlı art terapiyaları, şəhid övladları ilə isə qrup terapiyaları keçirdik.
  • Sən də fidanınla yaşat şəhid adını: Qəhrəman şəhidlərimizin şəhadətinə həsr etdiyimiz “Sən də fidanınla yaşat şəhid adını” ağacəkmə aksiyası ilə hər şəhidimizin adına bir fidan əkməyə niyyətləndik. Orta məktəb tələbələri, əmanətlərimiz və könüllü gənclərimizlə birlikdə Sumqayıt və Abşeron kimi bölgələrimizdə bir neçə əraziyə 500-ə yaxın fidan əkdik.
  • Mənim qəhrəmanım: Birliyimizin himayəsində olan atası dünyasını dəyişmiş uşaqlarımız ilə qazilər arasında ünsiyyət bağlarının qurulmasını hədəfləyən “Mənim Qəhrəmanım” layihəsinin icrasına başladıq. Layihənin məqsədi qazilərimizə onların dəyərli olduğunu, əmanətlərimizə isə əsl qəhrəmanın real həyatda necə olduğunu göstərməkdir.
  • Vətən qəhrəmanlarına təhsil dəstəyi: “Cığır” birliyi və Türkiyə Dəyanət Vəqfi-Bakı Türk liseyi rəhbərliyi ilə Türkiyə burslarına müraciət edilmiş, qazimiz Taleh Şəxverdiyev Süleyman Demirel Universiteti, Turizm işletmeciliği ixtisasına, Şəhid qızı tələbəmiz Fəridə Qəhrəmanlı isə Ankara Hacı Bayram Vəli universiteti üzrə magistr dərəcəsinə qəbul olmuşdur.
  • Şəhid xanımları ilə bərabər “Sevdiyinizdən infaq edin” layihəsinə icra edərək aztəminatlı ailələrə dəstək oluruq.
  • Şəhid xanımları ilə mənəvi söhbətlər: Şəhidlərimizin ailəsinə xidmət bizim üçün şərəfdir. Onlar üçün “Zoom” tətbiqi üzərində həftədə 1 dəfə mənəvi psixoloji söhbət edir, həyat ümidlərində payımız olması üçün cəhd edirik.
  • Şəhidlərimizin qəhrəmanlığına həsr olunmuş “Şanlı Tarixdən Vüqarlı gələcəyə” və Şəhid Elzar Yusubovun şəhadətinə həsr olunmuş “Şəhidlər şahiddirlər” adlı tədbir həyata keçirdik.
  • Birlik ayı Ramazanda şəhid ailəsi, övladları və qazilərlə birgə iftar süfrəsində əyləşdik, həmçinin şəhid ailələrimizin qonağı olduq.
  • Könüllülərimiz şəhid Qərib Baxşəliyevşəhid Taleh Babayevin övladını xəstəxana çıxışında qarşıladı. Eyni zamanda qazi Həsən Mehdiyevi xəstəxanada mütəmadi ziyarət etmiş, qazimiz üçün xəstəxanadan çıxışını coşqu ilə qeyd etmişik.
  • Təmir-tikinti qolumuz bir neçə qazi ilə görüşlər təşkil etmiş, onların evlərinin tikilməsində yardım göstərmişdir.
  • “Cığır” ailəsi olaraq qələbə sevincini bizlərə yaşadan qəhrəmanlarımıza sevgi və hörmətimizi bildirmək niyyətilə 2-ci Fəxri Xiyabanda haqqa şahid şəhidlərimizi ziyarət etdik.

Sizinlə qürur duyuruq, Vətənimizin qəhrəman oğulları!