“Şanlı tarixdən vüqarlı gələcəyə”

“Şanlı tarixdən vüqarlı gələcəyə”

20.01.2021 ci il tarixində Azərbaycan tarixinin şanlı zəfərinin könüllü iştirakçıları, bütün xalqın ürəyini köksündə daşıyaraq Vətən yolunda yaralanan qəhrəman qazilərimizə həsr olunmuş “Şanlı tarixdən vüqarlı gələcəyə” adlı tədbirimiz baş tutdu.
Tədbirimizə fəxri qonaqlar, qazilərimiz, əmanətlərimiz iştirak edərək rəng qatdılar.
ADU müəllimi Günel Ələkbərova və könüllümüz BDU tələbəsi Çingiz Baxşiyevin birgə təqdimatında 20 Yanvar hadisələrinə toxunularaq o gün axıdılan qanların bugünkü Qələbəmizin əsas toxumları olması vurğulandı.
Balaca könüllülərimiz də onlar üçün qəhrəmanlıq və mərdlik obrazı olan qazilərimizə öz qürur və fəxr hisslərini vətənpərvərlik ruhlu təqdimatlarında ən gözəl şəkildə təqdim edərək igid oğullarımıza ruh yüksəkliyi yaşatdılar .
Hər biri qazinin iştirakı, fikir bildirməsi, üzlərindəki sevinc bizim ən ümdə niyyətimiz idi.
Yaşadığımız firəvan və gözəl həyatı onların qurban verdiklərinə borcluyuq.
Və ən əsas vəzifəmiz onlara maddi-mənəvi dəstək olmaq yolunda bir olmağımızdır.
Birliyimiz gücümüz, ən böyük dəyərimizdir.
Bu mənəvi dəyəri əsrlərdir yaşadan Azərbaycan xalqı bu gün onun bəhrəsini görərək bütöv torpaq, bütöv can olaraq hürriyyətini yaşayır və yaşayacaq!