Könüllülərimizlə Vətən qəhrəmanlarını yad etdik.

Könüllülərimizlə Vətən qəhrəmanlarını yad etdik.

44 gündə 1 əsrə bərabər tarix yazan, düşmənin üzərinə qorxmadan “Vətən”- deyib gedən bir ordu! Bir ordu ki, hər biri şəhidlik üçün mübarizə aparan, xalqını zəfərin sevincinə qərq edən!
Və budur, 4 Noyabr 2021-ci il “Cığır” MDİD İB-nin nəzdində fəaliyyət göstərən “Fidan” qızlar yurdunun tələbələri, gənclərimiz, könüllülərimizdən ibarət yeni bir ordu ki, sözlərə sığmayan sevinci, qüruru yaddaşlardan silməmək adına mübarizə və Zəfər əzmimizin qibləgahı sayılan Fəxri Xiyabana yürüşünü şəhidlərin ruhuna, millətinin onuruna ərmağan edən! Nəsillərə Vahid Azərbaycanın böyük zəfərini çatdıracaq yeni bir ordu!
Yürüşünü böyük sevgi və şövqlə tamamlayan gənclərimizlə Vətən qəhrəmanlarını yad etdik.
Ən uca zirvədən – Şəhidlik zirvəsindən Vətəninin zəfər sevincinə təbəssüm edən 3000 igidin ruhuna salam və duamızı ötürməyə cəhd etdik. Ölümü şərəf bilib vətən üçün qanından keçən 3000 igid, “Vətən sağ olsun” -deyib vətəninin yarasını sağaltmağa adanan həyatlar!
Özümüzə örnək götürdük neçə igid həyatını. Söz verdik məzar başında “Mən yaşadacağam Siz dirildən dəyərləri!”
Yaşasın Azərbaycan xalqının müzəffər ordusu! Yaşasın şanlı zəfərimizi diri tutan könüllülər toplumu!