“Cığır” MDİD İB ata himayəsindən məhrum uşaqların mənəvi və maddi cəhətdən rifahının yaxşılaşması yolunda bir çox layihələrə imza atır. Bunlardan biri də “Kitab ətri” layihəsidir.
9.11.2021-ci il tarixində onlayn “Zoom” tətbiqində möhtəşəm açılışı olan layihənin əsas məqsədi əmanətlərimizdə kitab sevgisi aşılamaq, onların mənəvi dünyasını zənginləşdirməkdir
Layihənin açılışında 60- dan çox əmanət və valideynləri iştirak etdi. Məqsədəuyğun olaraq, hər bölgəyə əmanətlərimizdən birinin anası rəhbər təyin edildi.
Nizami Gəncəvinin 880 illiyi münasibətilə əmanətlərimiz “Oğluma nəsihət” kitabını mütaliə edəcəklər.
Uşaqların “Kitab ətri” layihəsində istifadəsi üçün nəzərdə tutulmuş kitablar Teas Press Nəşriyyatı tərəfindən təmin olundu. Göstərdiyi diqqət və qayğı üçün nəşriyyata dərin minnətdarlığımızı bildiririk.