1992-ci ildən etibarən torpaqlarımız əsarət altında qaldı. Vətənimiz iki yerə parçalandı. Neçə illər keçsə də, Vətənimizin parçası üçün, torpağının qoxusunu hiss etmək və sonsuza qədər gəzmək istəyi üçün çox darıxırdıq… Lakin xalqımızın işıq kimi parıldayan ümidləri sönməmişdi.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər olan dönəmdə biz keçmiş tariximizi təzələdik. Yeni tariximizin qapılarını açdıq. Şəhidlərin qanı, qazilərin mərdliyi, anaların duaları və qardaş-bacılarımızın səbri ilə yazılan, nəsillərə şövqlə ötürəcəyimiz, övladlarımıza qürurla bəhs edəcəyimiz, yaddaşlarda öz izini həkk edən həmin gün, Zəfər günü gəlib çatdı. 30 il səbirsizliklə gözlədiyimiz zəfərin ətrini hiss etdik.
44 yaddaqalan gün ərzində Vətənimizin ayrılan parçasını birləşdirdik. Azərbaycan tamamlanan bir cənnət məkanı oldu.
“Cığır” ailəsi olaraq xalqımızın yazdığı əsrarəngiz dastanı bir araya gəlib yenidən oxuduq.
Tələbələr, əmanətlər, analar, müəllimlər və könüllülərimizdən ibarət onlayn tədbirimiz həyata keçirildi. Tədbirdə videoslaydlar, vətənimizin gözəlliyi, Qarabağın azad olması, Zəfər günü ilə bağlı çıxışlar, müzakirələr edildi.
Həmçinin tədbir iştirakçıları “Cığır”ın 1 illik Şəhid ailələri və qazilərə mənəvi dəstək qolunun həyata keçirdiyi işlərdən söz açıldı. Müxtəlif layihələr, şəhid ailələri ilə aparılan mənəvi söhbətlər, terapiyalar, qazilərə verilən dəstəklər ilə məlumatlandırıldı.
Unutmayaq ki, tariximizi ona verdiyimiz dəyər qədər yaşaya və yaşada bilərik.