Millətimizin Zəfər gününü qeyd etdiyi bu gün “Cığır” İB olaraq QHT rəhbər və nümayəndə heyəti ilə Şanlı Zəfər münasibətilə Şəhidlər Xiyabanı və Fəxri Xiyabana yürüş təşkil edərək şəhidlərimizi yad etdik.
Tarixə atdığımız parlaq imzanın sevinc və qürur hissini bir-birimiz ilə bölüşüb, birgə olmaqdan şərəf duyduq.
Hədəfimiz qalibiyyəti sadəcə bir gün yaşamaq deyil, nəsillərə ötürmək üçün daima əzm və şövqlə çalışmaqdır!