Bu gün millətimizin Qarabağda şanlı zəfər çaldığı gündür. Bu gün haqqın, ədalətin bərpa olunduğu şərəfli və qürurlu günümüzdür.
30 illik işğal altında qalan doğma torpaqlarımızı azad edən şəhidlər və qazilərimizə, rəşadətli Azərbaycan Ordusuna salam olsun!
Parlaq Qələbəni dəmir yumruq kimi birləşərək, qalibiyyətə ümidlənərək, Vətən oğullarına inanaraq qazandıq.
II Qarabağ savaşı bütün dünyaya həqiqət və ədalətin yenidən bərqərar olmasını, əsl şücaət və qəhrəmanlığı sübut etdi.
Var olsun Ali Baş Komandan!
Gözün aydın, qalib millətimiz!
Doğma Qarabağ, azadlığın mübarək!