“Cığır MDİD İB”-nin qazi və şəhid qızının Türkiyədə təhsil xəyallarının gerçəkləşməsinə dəstəyi

“Cığır MDİD İB”-nin qazi və şəhid qızının Türkiyədə təhsil xəyallarının gerçəkləşməsinə dəstəyi

Qarabağ savaşının şanlı zəfərinin ardından qazilərimizin və şəhid əmanətlərimizin təhsil həyatında qazandıqları nailiyyətlər qəlblərimizi riqqətə gətirir. “Cığır” ictimai birliyi könüllülərinin ev-ev dolaşıb qazilərlə səmimi söhbətləri əsasında təhsil həyatını davam etdirmək istəyən gənc savaşçılarımızın universitet fəttahları olmaq arzuları bizlərdə böyük sevgi yaratmış, onlara bu fürsəti, bu imkanı yaratmaq hər bir Azərbaycan vətəndaşının qürur səbəbinə çevrilmişdir.

Bu qüruru böyük sevinclə yaşayan və yaşadan “Cığır” birliyi və Türkiyə Dəyanət Vəqfi-Bakı Türk liseyi rəhbərliyinin təşəbbüsü ilə Türkiyə burslarına müraciət edilmiş, qazimiz Taleh Şıxverdiyev Süleyman Demirel Universiteti, Turizm işletmeciliği ixtisasına, Şəhid qızı tələbəmiz Fəridə Qəhrəmanlı isə Ankara Hacı Bayram Veli Universiteti, Ümumi psixologiya ixtisası üzrə magistr dərəcəsinə qəbul almışdır. Qeyd edək ki, YTB ( Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı) qazimizin səhhətinə görə anası ilə bərabər universitetə yaxın bir evdə kirayə qala bilməsi üçün əlavə burs verməyi də öhdəsinə götürmüşdür. YTB-ya və Türkiyə Dəyanət Vəqfi-Bakı Türk liseyinin direktoru Kadir Bektaşoğluna dərin təşəkkür və minnətdarlığımızı bildiririk.

Təhsil həyatınızın ömür səhifənizə yeni parlaq zəfərlər yazmasını ümid edir, sizə müvəffəqiyyətlər diləyirik!