“İsti yuva” layihəmiz qazimizin evinin təmirinə dəstəyə başladı.

“İsti yuva” layihəmiz qazimizin evinin təmirinə dəstəyə başladı.

“Cığır” MDİD İB-nin illərdir fəaliyyət göstərən “İsti yuva” layihəsi neçə-neçə əmanət ailələrin evlərini yenidən inşa edərək min bir qəlbə yol açır.
Günlər öncə Sumqayıtda əmanət ailələri ziyarət edən təmir qolumuz burada yaşayan qazi Ağacanov Qəhrəmanın evinə də baş çəkiblər.
Qazimiz bildirib ki, bir vaxtlar öz evini təmir etdirirmiş, lakin sonralar tikinti müəyyən səbəblərdən dolayı dayanıb.
Biz də dərhal qazimizin evinin tikilişinin davam etməsi üçün təmir qolu olaraq xidmət göstərməyə başladıq.
Mütəmadi olaraq qazimizin evinə baş çəkərək təmir işlərinə nəzarət edirik.
Allah müvəffəq etsin.