“Sağlam ruhlar” – tibb qolunun oktyabr ayı üzrə yekun hesabatı:
- 6 əmanət oftalmoloq müayinəsində oldu. Dərman və eynəklə təmin edildi.
- 1 əmanət stomatoloq müayinəsindən keçdi.
- 2 əmanət ağciyər xəstəliyi üzrə dərman və xəstəxana ehtiyacları ilə təmin edildi.
- 1 əmanətimiz serebral iflicindən dolayı pamperslə təmin edildi.
- 1 əmanətimiz ikitərəfli perforativ otit xəstəliyi səbəbi ilə sağ qulağından əməliyyat olundu.
- 1 əmanət leykoz xəstəliyindən dolayı dərmanla təmin edildi.
- 2 əmanət talassemiya xəstəliyi səbəbi ilə müalicəsinə yardım edildi.
- 1 əmanət dermatoloq müayinəsində oldu və analizlərinə yardım edildi.
- 1 əmanət fallo tetradası səbəbi ilə dərmanla təmin edildi.
- 2 ailə dərmanla təmin edildi.