“Kitabınla işıq ol” layihəsi çərçivəsində bu ilin 4-cü kitab satışı keçirildi.

“Kitabınla işıq ol” layihəsi çərçivəsində bu ilin 4-cü kitab satışı keçirildi.

“Cığır” MDİD İB könüllüləri 14-17 oktyabr tarixlərində “Kitabınla işıq ol” layihəsi çərçivəsində 2021-ci ilin  4-cü ikinci əl xeyriyyə kitab satışını həyata keçirdilər. Gəliri ata himayəsindən məhrum ailələrdə böyüyən X-XI sinif abituriyent əmanətlərin təhsil təqaüdünə və sağlıq sıxıntılı əmanətlərimizin tibbi ehtiyaclarının qarşılanmasına sərf olunan bu yarmarka könüllülər, kitabsevərlər və yüzlərlə kitabları bir araya topladı.
Xeyirsevər və kitabsevərlər kitab alaraq və ya bağış edərək satışa dəstək göstərirlər.
Satışa maksimum zəhmət və həyəcanla hazırlaşan könüllülər günlərlə bir çox kitab evlərini yarmarkaya cəlb edərək böyük dəstək alıblar.
Bu dəfəki kitab satışında əmanətlərimizin təhsilinə dəstək olmaq üçün yaradılan yeni layihəmiz “Bağbanın bağçası” tərəfindən gül satışı da keçirildi.