Elzar Yusubova həsr olunmuş “Şəhidlər şahiddirlər” adlı konfrans keçirildi.

Elzar Yusubova həsr olunmuş “Şəhidlər şahiddirlər” adlı konfrans keçirildi.

20 Mart tarixində “Cığır” MDİD İB-nin şəhid Elzar Yusubova həsr olunmuş “Şəhidlər şahiddirlər” adlı onlayn konfransı keçirildi.
Tədbirdə şəhidin xanımı və anası, müəllim və dostları iştirak edərək qəhrəmanımızın keçdiyi şahidlik yolundan bəhs etdilər.
Anası Günəş xanımın Elzardan danışarkən gözlərindəki məğrurluq, yoldaşı Günalə xanımın rəşadətli duruşu dinləyicilərin ürəyini riqqətə gətirdi.
“Cığır” MDİD İB təsisçisi Yeganə Mirzəyeva şəhidin ailəsinin seçilmiş, mübarək olduğunu deyərək hər zaman yanlarında olacaqlarını bildirdi.
Könüllü tələbə Taleh Allahverdiyevin şəhidimiz üçün çəkdiyi rəsm əsəri vebinar iştirakçıları tərəfindən sevgi ilə qarşılandı.
Günəş ana oğlu üçün təşkil olunan konfransa görə təşəkkürünü bildirərək Elzarla fəxr etdiyini dedi.
Biz də Vətənimizin igid oğlu, haqqa şahid olan şəhidimizlə qürur duyur, Allahdan şəhidimizə rəhmət diləyirik.