Şəhid Elzar Yusubov

Şəhid Elzar Yusubov

Gün artıq üfüqə yaxınlaşırdı….
Qəlbimiz də gördüyümüz və eşitdiklərimizlə sanki bir həyat kitabı kimi vərəqlənirdi…
Hər yeni ailə bizə qürur, fəxr və millətimizin tükənməz gücünü və mərdliyini bir daha isbat edirdi. Bir görüş daha…
Şəhidimiz Elzar Yusubov..
Kiçik evinə  onu xatırlamaq üçün qohum əqrabası toplaşmışdı . Onun şəhadətindən sevgi, həsrət və vüqarla söhbət açan həyat yoldaşı və 2 körpə qızı ilə tanış olduq. Həyat yoldaşının bizim analara xas olan mətanət və  vüqarı ürəyimizə fərah verirdi.
Elzar Yusubov Füzulidə döyüşərkən dostlarını mühasirədən xilas edərək ayaq arteriyasından yaralanır. Buna baxmayaraq döyüş yerini tərk etməyib… Onu  yaralayan və başqa bir neçə düşməni öldürüb. Onlar əməliyyatı uğurla başa çatdırırlar. Elzar Təcili yardım maşınına çatdırılsa da qan itkisindən Rahim Allaha qovuşur. Onu daşıyan əsgər dostlarına- “nigaran qalmayın – mən intiqam aldım, amma yenə yaxşı olub qayıdıb sizlərlə bərabər döyüşəcəyəm.” deyib…
Şəhidimiz hərbçi idi və həyatını Vətən keşiyinə sərf edirdi. Ömrünü xalqına qulluqda görür və həyatını da Azərbaycan xalqına qurban verir!
Belə torpaqlar heç vaxt düşmən tapdağına məruz qala bilməz.
Başın sağ olsun Vətən.
Əziz şəhid, sənə bir ömür borcumuz var.