Şəhid kapitan Cəfərli Həmid

Şəhid kapitan Cəfərli Həmid

Füzulidə alınan kəndimizə bayraq sancan Cəfərli Həmid…
14 yaşından öz şövqü və sevgisi ilə C. Naxçivanski adlı hərbi liseyə qəbul olub və hərbçi həyatına başlayıb. Anası ilə söhbətimizdə öz göz yaşlarını saxlaya bilməsə də “Sevinirəm, qəlbim fərəhlə doludur” dedi. Şəhidimizin həyat yoldaşı “Səcdələrində göz yaşları axıtdığına şahidəm Şəhidlik üçün” bildirdi.
Şəhidimiz Cəfərli Həmid öz dəstəsi ilə 6 günlük mühasirədən sonra ali məqama çatır. 6 gün ərzində öz dəstəsinə əsl lider kimi davranması onu yoldaşlarına o qədər sevdirir ki, mühasirədən çıxma fürsəti yaranan kimi ilk şəhidimizin nurlu nəşini  çıxarırlar.
Öz üzərində daim işləyən, elmə sevgisi, dil bilikləri ilə yaşıdlarından fərqlənirdi. Anası fərəhlə oğlunun öz kabinetində yeni dil öyrənmə görüntülərini bölüşdü.
3 balaca körpəsi olan Kapitanımızın ortancıl oğlu, 5 yaşlı Hüseyn hərbçi olacam deyə qürurlanırdı.
Cabbar balamız riyaziyyatı çox sevdiyini fəxrlə deyirdi.
1 yaşlı Zəhramızın isə şirinliyi unudulmaz idi.
Bir daha şahid olduq ki, şəhidlərimiz ölümləri ilə deyil, həyatları ilə də seçilmiş olanlar olub.